“Xəzər Lənkəran” I dövrədən təxirə salınmış oyununu bu həftə keçirəcək.
Korner.az-ın məlumatına görə, dekabrın 6-da komanda “Bakı”nı qəbul edəcək. VI turun bu matçı komandaların son 19 gündə 2-ci qarşılaşması olacaq. Noyabrın 18-də Bakıda rəqibinə 0:2 hesabı ilə uduzan “Xəzər Lənkəran” bu rəqiblə oyunlardakı ənənəni qırmağa çalışacaq. Belə ki, son 3 oyunda üstünlük paytaxt futbolçularının tərəfinə keçib və onlar ardıcıl qələbələr qazanıblar.
Artıq 31-ci dəfə qarşılaşacaq rəqiblər indiyədək 30 dəfə üz-üzə gəliblər. Cəmi 8 ildir davam edən rəqabətdə “Bakı”nın ümumilikdə 11, “Xəzər Lənkəran”ın 8 qələbəsi var. Daha 11 qarşılaşma bərabərliklə bitib. Ümumi top fərqində isə 30 qol vuran cənublular 28 dəfə qapısında qol görüb.
Bu matçlardan 23-ü çempionat, 7-si kubok çərçivəsində olub. Çempionatda bakılılar 7, “ağ-yaşıllar” 6 dəfə qalib gəlibsə, 10 matçda heç-heçə qeydə alınıb. Buna baxmayaraq top fərqində Lənkəran təmsilçisi öndədir – 23:20. “Xəzər Lənkəran” daha 7 dəfə kubokda “Bakı” ilə üz-üzə gəlib. Burada paytaxt təmsilçisi 4, əyalət klubu 2 qələbəyə sevinib və 1 dəfə “sülh”lə ayrılıblar. Kubok oyunlarındakı top fərqində bakılılar öndədir – 8:7.
2004/05 22.08.2004 çempionat s 0:2
2004/05 23.02.2005 çempionat e 2:0
2005/06 22.08.2005 çempionat e 0:1
2005/06 17.02.2006 çempionat s 1:1
2006/07 26.08.2006 çempionat e 1:0
2006/07 26.02.2007 kubok s 2:0
2006/07 04.03.2007 kubok e 0:1
2006/07 17.03.2007 çempionat s 0:0
2007/08 04.11.2007 çempionat s 2:2
2007/08 04.05.2008 çempionat e 0:0
2008/09 26.10.2008 çempionat s 0:0
2008/09 25.02.2009 kubok e 0:1
2008/09 11.03.2009 kubok s 2:2
2008/09 18.04.2009 çempionat e 3:0
2009/10 25.11.2009 çempionat e 1:1
2009/10 29.11.2009 çempionat s 3:0
2009/10 11.04.2010 çempionat s 0:1
2009/10 15.05.2010 çempionat e 0:1
2009/10 23.05.2010 kubok n 1:2
2010/11 02.10.2010 çempionat e 1:1
2010/11 27.11.2010 çempionat s 1:1
2010/11 02.04.2011 çempionat s 0:0
2010/11 27.04.2011 kubok e 1:0
2010/11 04.05.2011 kubok s 1:2
2010/11 13.05.2011 çempionat e 2:0
2011/12 21.10.2011 çempionat s 2:2
2011/12 21.12.2011 çempionat e 3:0
2011/12 19.03.2012 çempionat e 0:1
2011/12 14.04.2012 çempionat s 1:4
2012/13 18.11.2012 çempionat s 0:2
