“Qalatasaray” “Atletiko”dan futbolçu transfer edir
17.06.2024 , 12:12

“Qalatasaray” adı “Fənərbağça” və “Beşiktaş”la hallanan təcrübəli müdafiəçi Mario Hermosonu gündəminə gətirib.
Korner.az xəbər verir ki, klub Davinson Sançes satılarsa, 28 yaşlı ispan müdafiəçini heyətinə qatmaq istəyir.
Tərəflərin bayramdan sonra görüşəcəyi gözlənilir.
2019-cu ildən “Atletiko Madrid”də çıxış edən 28 yaşlı müdafiəçi ötən mövsüm 45 rəsmi matçda meydana çıxıb.
