Fransadan qələbə, Belçika və Ukrayna məğlub oldu
18.06.2024 , 00:56

Almaniyada futbol üzrə 2024-cü il Avropa çempionatı davam edir.
Korner.az xəbər verir ki, bu gün daha 3 oyun keçiriləcək.
E qrupunda Rumıniya Ukrayna ilə qarşılaşıb və 3:0 hesabı ilə qalib gəlib. Qrupun digər matçında Belçika Slovakiyanı sınağa çəkib və 0:1 hesabı ilə uduzub. Belçika millisinin hücumçusu Romelu Lukaku 2 qol vursa da, VAR-a baxıldıqdan sonra ləğv olunub.
D qrupunda isə ikiqat Avropa çempionu Fransa Avstriya ilə üz-üzə gəlib. Fransa millisi 90 dəqiqə ərzində rəqibindən üstün olsa da, yalnız avtoqol sayəsində istəyinə çata bilib.
17 iyun
Avro-2024
E qrupu
17:00. Rumıniya – Ukrayna – 3:0
Baş hakim: Qlenn Nuberq (İsveç)
Münxen. “Alliants Arena”
20:00. Belçika – Slovakiya – 0:1
Baş hakim: Halil Umut Meler (Türkiyə)
Frankfurt. “Frankfurt Arena”
D qrupu
23:00. Avstriya – Fransa – 0:1
Baş hakim: Xesus Gil Manzano (İspaniya)
Düsseldorf (“Düsseldorf Arena”)
