“Trabzonspor”dan yeni transfer
14.06.2024 , 22:55

“Trabzonspor” heyətini yeni futbolçu ilə gücləndirib.
Korner.az xəbər verir ki, Qaradəniz təmsilçisi Antoni Nvakaemeni transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Nigeriyalı hücumçu ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.
