PSJ “Benfika”dan futbolçu transfer edir
14.06.2024 , 22:41

PSJ yeni mövsüm üçün transfer çalışmalarını sürətləndirib.
Korner.az xəbər verir ki, Paris təmsilçisi “Benfika”da çıxış edən Joao Neveşi heyətinə qatıb.
“Benfika”nın bu transferdən təxminən 100 milyon avro gözlədiyi bildirilir.
Ötən mövsüm “Benfika”nın heyətində 55 rəsmi oyuna çıxan Joao Neves bu matçlarda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
