Daha bir cüdoçumuz dünya çempionu oldu
23.05.2024 , 18:40

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə dünya çempionatı davam edir.
Korner.az xəbər verir ki, Azərbaycan cüdoçusu Zelim Kotsoyev bu gün final görüşünə çıxıb.
100 kq çəki dərəcəsində mübarizə aparan idmançımız kanadalı Şadi Elnahasa qalib gəlib.
Qeyd edək ki, buna qədər Azərbaycan millisində Hidayət Heydərov (73 kq) da qızıl medal qazanıb.
