Bu gün 33-cü Yay Olimpiya Oyunlarının açılışı olacaq
26.07.2024 , 11:30

Bu gün Fransanın paytaxtı Parisdə 2024-cü il Yay Olimpiya Oyunlarının açılış mərasimi keçiriləcək.
Korner.az xəbər verir ki, tarixdə ilk dəfə mərasim stadiondan kənarda – Sena çayı ətrafında olacaq. Ümumilikdə 10 min 500 idmançı Sena çayından qayıqlarla keçəcək.
Açılış mərasimi Bakı vaxtı ilə saat 21:30-da başlayacaq. Açılış mərasimindəki paradda Azərbaycan bayrağını cüdoçu Gültac Məmmədəliyeva və boksçu Məhəmməd Abdullayev daşıyacaqlar.
Azərbaycan millisi sayca 33-cü Yay Olimpiya Oyunlarında 48 idmançı ilə təmsil olunur. Yığma 15 idman növü üzrə 17 proqramda çıxış edəcək. Paris-2024-ə avqustun 11-də yekun vurulacaq.
