Fransa klubundan yeni transfer
25.07.2024 , 16:31

Quela Douenin yeni komandası bəlli olub.
Korner.az xəbər verir ki, 21 yaşlı sağ cinah müdafiəçisi bundan sonra “Strasburq”da çıxış edəcək.
Futbolçu ona gələn təklifi qəbul edib və sağlamlıq müayinəsindən keçmək üçün yola düşüb.
Bundan başqa, “Strasburq” Quela Doue üçün “Renn”ə 6 milyon avro transfer haqqı ödəyəcək.
Guela Doue karyerası ərzində Fransa Liqa 1-də 26 matça çıxıb və 4 məhsuldar ötürmə edib.
