İtaliya klubu onu transfer edir
26.07.2024 , 10:31

“Verona”nın yeni transfer hədəfi məlum olub.
Korner.az xəbər verir ki, İtaliya klubu “Qalatasaray”dan Yunus Akgünü transfer etmək istəyir.
İtaliya mətbuatının yazdığına görə, yeni mövsümdə A seriyasında oynamaq istədiyini İstanbul təmsilçisinin rəhbərliyinə bildirən futbolçu klubların razılığa gəlməsini gözləyir.
Hazırda transfer dəyəri 5 milyon avro olan 24 yaşlı Yunus Akgünün “Qalatasaray”la 2026-cı ilə qədər müqaviləsi var.
“Qalatasaray” ötən mövsüm Yunus Akgünü “Lester Siti”yə icarəyə göndərib. İngiltərə klubunda 29 oyuna çıxan Yunus Akgün 2 qol vurub, 3 məhsuldar ötürmə edib.
