Almaniya Şotlandiyanı darmadağın etdi
15.06.2024 , 00:56

Bu gün futbol üzrə sayca 17-ci Avropa Çempionatı start götürüb.
Korner.az xəbər verir ki, A qrupunun ilk matçında ev sahibi Almaniya millisi Şotlandiya ilə qarşılaşıb.
Münhendəki “Allianz Arena”da baş tutan görüşdə Almaniya 5:1 hesablı qələbə qazanıb.
AÇ-2024
14 iyun
A qrupu
Almaniya – Şotlandiya – 5:1
Qollar: Florian Virts, 10. Camal Musiala, 19.
Hakim: Kleman Tyürpen (Fransa).
Münhen. “Allianz Arena”
