Hummels “Borussiya”dan getdi
14.06.2024 , 20:23

Dortmund “Borussiya”sı müqaviləsi başa çatan Mats Hummelslə yollarını ayırıb.
Korner.az xəbər verir ki, bu barədə klubun yaydıöı açıqlamada bildirilib.
Almaniya nəhəngi müdafiəçiyə təşəkkür edib, ona karyerasında uğurlar arzulayıblar.
Təcrübəli futbolçunun yaxın vaxtlarda gələcəyi ilə bağlı qərarını açıqlaması gözlənilir.
“Borussiya Dortmund”da 40 rəsmi oyuna çıxan Mats Hummels bu matçlarda 4 qol vurub, 1 məhsuldar ötürmə edib.
