Azərbaycan milli komandasının və "İnter"in futbolçusu Nizami Hacıyev Polşanın "Poqon" klubunda baxışdadır.
Korner.az-ın məlumatına görə, polyaklar 24 yaşlı yarımmüdafiəçini artıq “Energetik”lə matçda ilk sınağına çıxıb. Hacıyev ilk sınağında rəqib qapısına yol tapmağı da bacarıb.
Qeyd edək ki, “Pogon” Polşanın əsas çempionatında mübarizə aparır. Bu komanda keçirdiyi 14 oyundan sonra 21 xal toplayaraq 7-ci pillədə qərarlaşıb.
