Ulduz oyunçu matça damğasını vurdu
08.05.2024 , 15:16
Dortmund “Borussiya”sının müdafiəçisi Mats Hummels Çempionlar Liqasının yarımfinalında PSJ ilə keçirdikləri hər iki matça damğasını vurub.
Korner.az xəbər verir ki, almaniyalı ulduz qarşılaşmanın oyunçusu olmağı bacarıb.
Belə ki, komandasının 1:0 hesabı ilə qalib gəldiyi Fransada keçirilən ikinci matçda da qol vuran məhz Hummels olub.