“Qarabağ” “Turan Tovuz”a qalib gəldi
17.05.2024 , 22:25

Bu gün Azərbaycan Premyer Liqasında XXXV tura start verilib.
Korner.az xəbər verir ki, birinci oyun günündə bir qarşılaşma keçirilib.
“Qarabağ” azarkeşləri önündə “Turan Tovuz”u qəbul edib və 4:3 hesablı qələbə qazanıb.
Azərbaycan Premyer Liqası
XXXV tur
17 may
20:30 Qarabağ – Turan Tovuz – 4:3
Qollar: Olavio Juninyo, 19. Leandro Andrade, 69, 90, M.Silva, 75. – Hakman, 47, 85. L.Paçu, 53
Tofiq Bəhramov adına Respublika stadionu
