3-4 aylıq sıradan çıxdı
08.05.2024 , 22:35
Avstriya millisinin heyətində ciddi itki baş verib.
Korner.az xəbər verir ki, “Leyptsiq”də çıxış edən Xavyer Şlager sıradan çıxıb.
Futbolçu Bundesliqanın 32-ci turunun “Hoffenhaym”la keçirilən matçında (1:1) zədələnib.
Onun 3-4 ay yaşıl meydanlardan uzaq qalacağı bildirilir.
O, Avro-2024-də Avstriya millisinə kömək edə bilməyəcək.