“Sabah”da ayrılıq
24.06.2023 , 22:25

“Sabah” müdafiəçi Zurab Oçiqava ilə yollarını ayırıb.
Korner.az xəbər verir ki, bu barədə klubun rəsmi səhifəsi məlumat yayıb. Ukraynalı futbolçu ilə mövsümün sonunda bitən müqavilə müddəti yenilənməyib.
Oçiqava 2021-ci ilin fevralından “Sabah”da oynayırdı.
