“Borussiya”dan yeni transfer
13.05.2024 , 23:23

“Borussiya” yeni transferini açıqlayıb.
Korner.az xəbər verir ki, Dortmund təmsilçisi Ekvadorun “İndependyente” klubundan Castin Lermanı heyətinə qatıb.
Futbolçu 2026-cı ildə “Borussiya”ya qoşulacaq.
“İndependyente”nin yetirməsi olan Castin bu mövsüm əsas komandanın heyətində 2 rəsmi matçda meydana çıxıb.
