“Qalatasaray”dan “Roma”ya?
13.05.2024 , 12:30

“Qalatasaray”ın futbolçusu Barış Alper Yılmaz klubundan ayrıla bilər.
Korner.az xəbər verir ki, türkiyəli futbolçu İtaliyanın hədəfinə düşüb.
Oyunçunun xidmətində “Roma” maraqlıdır.
Bundan başqa onunla “Milan”, “Latsio”, “Leyptsiq”, “Aston Villa”, “Ayntraxt”(Frankfrut) kimi klublar da maraqlanır.
İstanbul təmsilçisi onun üçün 20 milyon avro tələb edir.
