Ulduz oyunçu “Beşiktaş”a keçir?
13.05.2024 , 22:55

Ulduz oyunçu Anxel Di Maria bu dəfə də transfer xəbəri ilə gündəmə gəlib.
Korner.az xəbər verir ki, futbolçu karyerasına Türkiyədə davam edə bilər.
Oyunçunu Super Liqa klubu “Beşiktaş” heyətinə cəlb etmək istəyir.
Tərəflər arasında yaxın zamanda danışıqların yolacağı gözlənilir.
Cari mövsüm “Benfika”nın heyətində 47 rəsmi oyuna çıxan Anxel Di Maria bu matçlarda 16 qol və 15 məhsuldar ötürmə ilə yadda qalıb.
