“Real” – “Borussiya” matçı ona tapşırıldı
13.05.2024 , 23:13

Çempionlar Liqasının finalında keçiriləcək “Real” – “Borussiya” (Dortmund) oyunu üçün hakim təyinatları açıqlanıb.
Korner.az xəbər verir ki, matçın baş hakimi Slavko Vinçiç olacaq.
Ona həmyerliləri Tomaz Klançnik və Andraz Kovaçiç köməklik göstərəcək.
Dördüncü hakim funksiyasını isə Fransua Leteksier (Fransa) yerinə yetirəcək.
Final matçı iyunun 1-də Londonda baş tutacaq. Görüşə Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.
