“Qaradağ Lökbatan” – “Şamaxı” matçında VAR olacaq
13.05.2024 , 13:50

Futbol üzrə Azərbaycan I Liqada 26-cı turun “Qaradağ Lökbatan” – “Şamaxı” görüşü “CBC Sport” telekanalında canlı yayımlanacaq.
Korner.az xəbər verir ki, bu haqda Peşəkar Futbol Liqasının yaydığı açıqlamada bildirilir.
Liderlərin qarşılaşması mayın 16-sı, saat 17:00-da başlayacaq.
Məlumatda qeyd edilib ki, I Liqada çempionluq yolunda böyük əhəmiyyət kəsb edən matçda VAR sistemi də tətbiq olunacaq.
Əlavə edək ki, Azərbaycan 1-ci liqasında VAR tətbiq edilmir.
