Super Liqa klubunda ayrılıq
13.05.2024 , 13:40

“Adana Dəmirspor” portuqaliyalı futbolçu Luis Nani ilə yollarını ayırdıqlarını açıqlayıb.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Portuqaliyalı yarımmüdafiəçinin müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv edilib.
Futbolçu 2023-cü ildən bu klubda çıxış edirdi.
