Cüdoçumuz Avropa çempionu oldu
24.06.2023 , 21:00

Portuqaliyanın Odivelas şəhərində keçirilən cüdo üzrə yeniyetmələr arasında Avropa çempionatının fərdi yarışların sonuncu günü keçirilir.
Korner.az xəbər verir ki, +90 kq. çəkidə yarışan cüdoçumuz Ramazan Əhmədov final görüşünə çıxıb. Türkiyə təmsilçisi İbrahim Tataroğlu ilə üz-üzə gələn idmançımız rəqibinə qalib gələrək Avropa çempionu olub.
Digər cüdoçumuz Aslan Kotsoyev (81 kq) isə yarışı medalsız başa vurub.
