“Qarabağ” hazırlıqları davam etdirir – FOTOLAR
24.06.2023 , 23:32
Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ” hazırlıqlarını davam etdirir.
Korner.az xəbər verir ki, Ağdam təmslçisi sözügedən ölkədə 2-ci günündə növbəti məşqə çıxıb.
Hazırlıq çərçivəsində Ağdam təmsilçisi 3 yoxlama görüşü keçirəcək. Qurban Qurbanovun futbolçuları iyunun 27-də “Ferensvaroş” (Macarıstan), iyulun 1-i isə “Legiya” (Polşa) ilə üz-üzə gələcəklər. 3-cü yoldaşlıq oyunundakı rəqib isə hələ müəyyənləşməyib.