“Qəbələ”nin 11 yaşa qədər futbolçularından ibarət komandası Portuqaliyada keçirilən IBERCUP-2012 turnirinin qrup mərhələsini uğurla adlayıb. Korner.az-ın məlumatına görə, məlumatına görə, qrupun son oyununda “UC Venesuela” ilə üz-üzə gələn təmsilçimiz öncəki görüşdə olduğu kimi 3:3 hesablı heç-heçəyə imza atıb. Maraqlıdır ki, “Qəbələ”yə 1 xalı gətirən qollara ötən matçda – “Loryan”la oyunda olduğu kimi Təbriz İsazadə (2) və İdris İnqilablı imza atıblar. Bu nəticədən sonra “Qəbələ” xallarının sayını 5-ə yüksəldib və növbəti mərhələyə vəsiqə qazanıb.