“Şamaxı”dan yeni transfer
17.06.2024 , 13:28

“Şamaxı” yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.
Korner.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Premyer Liqaya vəsiqə qazanan bölgə təmsilçisi Rüfət Abbasovu heyətinə cəlb edib.
Azərbaycan U-21 millisinin üzvü olan 19 yaşlı müdafiəçi ilə 2 illik müqavilə imzalanıb.
Rüfət Abbasovun son klubu “Neftçi” olub.
