“Qəbələ”nin futbolçusu Leonardo Silvanın komandanın düşərgəsinə qaytımaması barədə xəbər vermişdik. Belə ki, komanda bir neçə gündü Antalyada təlim-məşq toplanışı keçsə də, braziliyalı futbolçu vətənindən təyin olunan vaxtda dönməmişdi.
Korner.az-ın məlumatına görə, Leonardo artıq “Qəbələ”nin düşərgəsinə gəlib.
Baş məşqçi Yuri Syominin istəyi ilə klub rəhbərliyi onu intizam qaydalarını pozduğuna görə cərimələyib. Cərimənin məbləği açıqlanmır.