İtaliya klubundan yeni transfer
04.07.2024 , 22:37

“Bolonya” heyətinə yeni futbolçu cəlb edib.
Korner.az xəbər verir ki, İtaliya klubu “Betis”dən Xuan Mirandanı transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Yayılan xəbərdə, oyunçunun azad agent olaraq komandaya cəlb olunduğu diqqətə çatdırılıb.
Onunla 2027-ci ilə qədər müqavilə imzalanıb.
