“Qalatasaray” bu oyunçunu transfer edir
05.07.2024 , 14:13

“Qalatasaray” yeni transferə hazırlaşır.
Korner.az xəbər verir ki, İstanbul nəhəngi “Nottingem Forest”in argentinalı yarımmüdafiəçisi Nikolas Dominqesi heyətinə cəlb etmək istəyir.
Bu barədə ESPN məlumat yayıb.
Xəbərdə, “Qalatasaray”ın Dominqes üçün danışıqlara başladığı və ingilis klubunun argentinalı ulduz üçün 13 milyon avro istədiyi bildirilib.
26 yaşlı futbolçu ötən mövsüm İngiltərə təmsilçisi ilə 29 matçda 3 qol vurub, 2 məhsuldar ötürmə edib.
Mina Musayeva
