Fransa klubundan yeni transfer
04.07.2024 , 22:43

Tanguy Ndombele Fransa Liqa 1 təmsilçisi “Nitsa”ya transfer olunub.
Korner.az xəbər verir ki, bu barədə klubun yaydığı açıqlamada bildirilib.
27 yaşlı oyunçu ilə 2 illik müqavilə imzalandığı bildirilib.
Ndombele ötən mövsüm “Qalatasaray”ın heyətində 26 matçda forma geyinib. Ndombele bu matçlarda 681 dəqiqə oynayıb və 1 məhsuldar ötürmə edib.
