“Sumqayıt”ın şərəfini qoruyan Aleksandr Çertoqanov futbolçu karyerasını başa vurub.
Korner.az-ın məlumatına görə, yığmamızın sabiq futbolçusunun bu addımı atmasına səbəb belindəki ağrılardı.
Bu barədə açıqlamasında “Gənclik şəhəri” təmsilçisinin baş məşqçisi Aqil Məmmədov məlumat verib: “Çertoqanov bizimlə əlaqə saxlamışdı. Onun belində ağrılar olduğundan daha komandaya qayıtmayacaq. Ola bilsin ki, karyerasını başa vurdu”.
futbolinfo.az
