6-7 ay futboldan uzaq qalacaq
02.05.2024 , 23:54

PSJ ciddi itki ilə üzləşib.
Korner.az xəbər verir ki, klubun futbolçusu Lukas Hernandez sıradan çıxıb.
Ulduz oyunçunun ön çarpaz bağları qopub.
Fransız futbolçu 6-7 ay müddətinə yaşıl meydanlardan uzaq qalacaq.
Bu səbəbdən Lukas Avropa çempionatında iştirak edə bilməyəcək.
