“Bayer” “Roma”ya səfərindən qələbə ilə qayıdır
03.05.2024 , 01:00
Bu gün UEFA Avropa Liqasında yarımfinal mərhələsinə start verilib.
Korner.az xəbər verir ki, “Bayer” İtaliyada “Roma”nın qonağı olub. Görüş Almaniya klubunun 2:0 hesablı qələbəsi ilə bitib.
Yarımfinalın digər ilk görüşündə “Marsel” Fransada “Atalanta”nı qəbul edib. Matç bərabərliklə nəticələnib – 1:1.
2 may
UEFA Avropa Liqası
Yarımfinal mərhələsi, ilk oyunlar
23:00 Roma (İtaliya) – Bayer (Almaniya) 0:2
Qollar: Virts, 28, R.Endrix, 73
23:00 Marsel (Fransa) – Atalanta (İtaliya) 1:1
Qollar: Mbemba, 20 – Skamakka, 11