Milli Belarusa qarşı
02.05.2024 , 11:41

17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Belarusun paytaxtı Minskdə təşkil olunan UEFA İnkişaf Turnirində bu gün ilk oyununu keçirəcək.
Korner.az xəbər verir ki, milli Belarusun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.
ABFF Təlim-Məşq Mərkəzində oynanılacaq görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
