Super Liqa klubundan gedir
02.05.2024 , 14:03

Mövsümün əvvəlində “Çelsi”dən icarəyə götürülən Hakim Ziyeç “Qalatasaray”dakı çıxışı ilə ondan gözlənilənləri qarşşlaya bilməyib.
Koner.az xəbər verir ki, futbolçu Super Liqa klubu ilə müqavilə bağlamazdan əvvəl “Əl-Nəsr”lə görüşüb, lakin transfer baş tutmayıb.
“Əl-Şəbab” bu yay “Qalatasaray”a icarəyə verilən İngiltərənin “Çelsi” komandasının cinah oyunçusu mərakeşli Hakim Ziyeçi transfer etmək üçün rəsmi təklif təqdim edib.
Mövsümün sonunda keçidin baş tutacağı bildirilir.
Bu mövsüm 20 matçda 6 qol və 4 məhsuldar ötürmə ilə çıxış edən mərakeşli futbolçu 1082 dəqiqə meydanda qalıb.
