“Arsenal” Rayanı aldı
04.07.2024 , 22:06

“Arsenal” yeni transferini rəsmiləşdirib.
Korner.az xəbər verir ki, “topçular” “Brentford”dan icarəyə götürdüyü David Rayanı birdəfəlik alıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
“Arsenal” bu keçid üçün “Brentford”a 27 milyon funt-sterlinq təzminat ödəyib.
