Milli Albaniyaya məğlub oldu
07.06.2024 , 22:50

Bu gün futbol üzrə Azərbaycan millisi Macarıstanda ilk yoldaşlıq oyununu keçirib.
Korner.az xəbər verir ki, Arif Əsədovun rəhbərlik etdiyi komanda Silvinyonun çalışdırdığı Albaniya millisi ilə qarşılaşıb.
Sombatxey şəhərindəki “Haladas SportKomplexum”da baş tutan görüşdə millimiz 1:3 hesabı ilə uduzub.
Qeyd edək ki, Albaniya millisi Avro-2024-ün final mərhələsində iştirak edəcək komandalardan biridir.
Yoldaşlıq oyunu
21:00. Albaniya – Azərbaycan – 3:1
Baş hakim: Mihali Kaprali (Macarıstan)
“Haladas SportKomplexum”, Sombatxey
