Fransa və İspaniya 1/4 finalda!
06.07.2024 , 01:46

Bu gün Avro-2024-də 1/4 final mərhələsinə start verilib.
Korner.az xəbər verir ki, ilk oyun günündə iki görüş keçirilib.
Əvvəlcə İspaniya və Almaniya yığmaları üz-üzə gəlib. Görüş ispanların 2:1 hesablı qələbəsi ilə bitib.
Digər matçda isə Portuqaliya Fransa millisi ilə qarşılaşıb. Görüşün əsas və əlavə vaxtında hesab açılmayıb. Qalibin adı penaltilər seriyasında müəyyənləşib. Fransızlar burada dəqiq olaraq (5:3) adını yarımfinala yazıdırmağl bacarıb.
5 iyul
Avro-2024
1/4 final
20:00. İspaniya – Almaniya – 2:1
Qollar: Olmo, 51. Merino, 119 – Virts, 89.
Baş hakim: Entoni Teylor (İngiltərə).
Ştutqart, “MHP Arena”.
23:00. Portuqaliya – Fransa – 0:0 (penaltilər 3:5)
Baş hakim: Maykl Oliver (İngiltərə).
Hamburq, “Folksparkştadion”.
