PFL açıqlama yaydı
24.05.2024 , 16:57

2024/25 mövsümündə Azərbaycan 1-ci Liqasında çıxış etmək uğrunda keçiriləcək pley-off oyunları ilə bağlı hələlik qəra verilməyib.
Korner.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.
Qurumun yaydığı açqıalmada bildirilib: “2024/25 mövsümündə 1-ci Liqada çıxış etmək uğrunda bu mövsüm 1-ci Liqada 9-cu yeri tutmuş klubla 2-ci Liqada 2-ci olmuş klub arasında keçirilməli olan pley-off qarşılaşmaları ilə bağlı müəyyən hüquqi məsələlərin həllindən sonra yekun qərar veriləcək.
Bununla bağlı ətraflı məlumat açıqlanacaq. 2024/25 mövsümündə 2-ci Liqada çıxış etmək üçün bu mövsüm 2-ci Liqada 13-cü yeri tutan komanda ilə AFFA Region Liqasının finalçısı pley-off matçları isə əvvəlcədən nəzərdə tutulduğu kimi 29 may və 05 iyun tarixlərində oynanılacaq”.
Xatırladaq ki, 1-ci liqada 9-cu yeri “Difai Ağsu”, 2-ci liqada 2-ci yeri isə “Cəbrayıl” tutub.
