Modriç “Real”da qalmaq istəyir
03.04.2020 , 19:26

“Real”ın futbolçusu Luka Modriç Madrid təmsilçisində qalmağa qərar verib.
Korner.az xəbər verir ki, bu barədə xorvat yarımmüdafiəçi klub rəhbərliyinə bildirib.
O, heç bir klubla danışıqlar aparmayacağını vurğulayıb.
Qeyd edək ki, Modriçin “Real”la müqaviləsi 2021-ci ilin yayında başa çatır.
