Emre Belözoğlu karyerasını bitirir
03.04.2020 , 20:48

“Fənərbağça” klubunun futbolçusu Emre Belözoğlu mövsümün sonunda karyerasını bitirəcək.
Korner.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
39 yaşlı yarımmüdafiəçi mövsümün sonunda futbolçu karyerasını bitirəcəyini deyib.
Karyerası ərzində “Qalatasaray”, “İnter”, “Nyukasl”, “Atletiko”, “Başakşəhər” kimi klublarda çıxış edən Əmrə, 2019-cu ilin yayından “Fənərbağça”da idi.
