big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

Klublarını qeyri-adi səbəblərə görə tərk edən futbolçular – YAZI

29.04.2015 , 16:58

Futbolu topsuz, azarkeşlərsiz, stadionsuz və bu tip önəmli məfhumlar olmadan oynamaq mümkün deyil. Bu siyahıya transferi də əlavə etmək olar. “Transfer” sözü bir çox sahələrdə işlənməklə yanaşı ən az futbolda olan qədər önəmli sayılır. Bəs bu söz hardan gəlir? Əslində, “transfer” sözü bank sahəsində fransız dilindən götürülən “transfert” kimi istifadə olunur. Bizim danışacağımız “transfer”in isə sonunda “t” hərfi olmayan və ingilis dilindən “yer dəyişmə” kimi tərcümə olunan sözdü…

Karyerasına kiçik klubda başlayan futbolçu qarşısına böyük klublara transfer olmaq məqsədi qoyur. İstəyinə çatdıqdan sonra yenidən başqa komandaya cəlb olunur. Bunun idman səbəbləri ya daha çox məvacib, ya daha çox məşhurluq, ya bir xeyli mükafatlar, kuboklar və s. Lakin bəzən futbolçular klublarını futbola aidiyyatı olmayan səbəblərə görə də tərk edə bilir. Bu yazı da futbol tarixinin ən maraqlı və qeyri-adi səbəblərə görə klubunu tərk edən futbolçulardan yazacağıq:

 

1. Alexandro Dominqes

Tərk etdiyi: “Zenit”

Səbəb: Təyyarə qorxusu

2009-cu ilin əvvəli Alexandro Dominqes üçün uğursuz oldu. Mövsüm əvvəlində “Zenit” klubu Birləşmiş Ərəb Əmirliklərində artıq məşqlərə başlamışdı. Dominqes isə komandanın düşərgəsində yox idi. Daha sonra argentinalı futbolçuya Sankt-Peterburqa yollanmaq tapşırıldı. Lakin futbolçu bura da gəlib çıxa bilmədi. Dominqes öncə xəstəliyini bəhanə etsə də, əslində məsələ tamam fərqli idi.

Bir müddət sonra məlum oldu ki, Dominqesin təyyarə fobiyası var. Komandaya qatılmaqda ləngiməyin əsas səbəbi də bu idi. Klub rəhbərliyi də tez-tez səfərə yollandığından futbolçu ilə yollarını ayırmaq məcburiyyətində qaldı.

 

2. Adriano

Tərk etdiyi: Demək olar ki, oynadığı bütün komandalar

Səbəb: Gah depresiya, gah ailə ilə birlikdə olma səbəbi, gah gecə həyatı sevgisi və s.

Adrianonun futbol bacarığına yəqin ki, çoxumuz bələdik. Çox istedadlı olan bu braziliyalı karyerasını özü məhv etdi, desək yanılmarıq. Oynadığı “İnter” klubunda məsuliyyətsizliyi ilə seçilən Adriano hər dəfə xüsusi istedadına görə rəhbərlik tərəfindən bağışlanırdı. Bütün bunlara rəğmən, Adriano yenə öz xasiyyətindən əl çəkmirdi. İtaliyada gecə klublarını çox sevən “sambacı” demək olar, Milanda bütün gecə həyatını yaşamışdı.

Futbolçuların istirahəti zamanı Braziliyaya yollanan Adriano İtaliyaya geri qayıtmaq istəmirdi. Azarkeşlər onun sağlamlığında problem olduğunu düşünürdü. Müsahibələrinin birində o, futboldan yorulduğunu da deyib:

“Mən xəstə deyiləm. Yaxud da psixiyatorla görüşməyə ehtiyacım yoxdu. Sadəcə futboldan yorulmuşam. Ailəmlə birlikdə olmaq istəyirəm. Məni sevən insanların əhatəsindən olmaq əsl xoşbəxtlikdi. Buna görə milyonlarla puldan imtina etməyə hazıram”

Buna baxmayaraq Adriano yenidən İtaliyaya döndü. “Roma”nın şərəfini qoruyan futbolçu əvvəlkitək gecə həyatından ayrılmırdı. 100+ çəkiyə sahib olan Adriano uğurlu ola biləcək karyerasını öz “əməyi” ilə məhv edən futbolçu kimi yaddaşlarda qalıb.

 

3. Barri Ferqüson

Tərk etdiyi: “Reyncers” (Qlazqo)

Səbəb: Ədəbsiz jestlər

Şotlandiyanın “Reyncers” klubunun önəmli futbolçularından biri olan Barri Ferqüsson sonradan azarkeşlərin nifrətini qazanmışdı. Bu futbolçu bir vaxtlar komandanın ən vacib futbolçusu sayılmaqla yanaşı qolunda kapitanlıq sarğısını da daşıyırdı. Futbolçu karyerasının zirvəsində digər klublara ona olan hədsiz ehtiyac üzündən satılmırdı. Lakin hər şey 2009-cu ildən sonra dəyişdi.

DÇ-2010 seçmə mərhələsi zamanı Hollandiyaya qarşı keçiriləcək oyundan öncə xoşagəlməz hal yaşandı. Yığma komandanın düşərgəsində olan Ferqüsson komanda yoldaşı qapıçı Makqreqorla birlikdə mehmanxanada sərxoş halda əylənirdilər. Çətin sayılan matçdan bir gün öncə belə davranış bütün futbolçular üçün yolverilməzdi. Məşqçilər heyəti futbolçunun istedadına görə bu günahından keçsə də, Ferqüsson artıq hər kəsin sevimlisi deyildi. Matçları ehtiyat oyunçular skamyasından izləyirdi. O, daha sonra milli karyerasını başa vurdu.

Bu hadisədən sonra sevimli “Reyncers” klubunda da ehtiyatda oturan Barri futbolçuya yaraşmayan hərəkətlər edirdi. Azarkeşlərə ədəbsiz jestlər göstərən Barri “Reyncers”i “Birminqem”ə dəyişməli oldu.

 

4. Breno

Tərk etdiyi: “Bavariya”

Səbəb: Ev yandırıb həbsxanaya düşdüyünə görə

Breno futbolun yeni Lusiosu ola bilərdi. O, fiziki cəhətdən olduqca möhkəm biri idi. Müdafiə xəttində etibarlı oyunu onu yavaş-yavaş əsas heyətə daşıyırdı. Parlaq gələcəyi gözlənilən futbolçu karyerasını özü məhv etdi.

Brenonun spirtli içkilərlə arası yaxşı idi. Bu futbolçunun məşhur müdafiəçi olmamağının əsas səbəbi də spirtli içkilər idi. Azarkeşləri Brenonu tragikomik futbolçu kimi tanıyır. Buna səbəb isə onun maraqlı cinayət hadisəsi törətməsi idi. Belə ki, Breno Münhendə sığorta şirkətindən pul almağa görə yaşadığı evi yandırıb. Bu tragikomik hadisə onu 3 il 9 ay azadlıqdan məhrum edib. Futbolçunun arvadı:

“Əminəm ki, həmin gün Breno özündə deyildi. O, bu hərəkəti edəcək qədər ağılsız deyil”, – deməklər həyat yoldaşının tərəfini saxlayırdı.

 

5. Yusif Rabeh

Tərk etdiyi: “Anji”

Səbəb: Qonşusunun 400 avrosu

Mərakeşli Bekenbauer ləqəbini daşıyan Yusif Rabeh öz ölkəsində qəhrəman sayılsa da, Rusiya futbolunda komik surət kimi yadda qalıb.

Rabeh də məsuliyyətsiz futbolçu idi. O, Polşanın “Levski” klubunda çıxış edərkən “Anji” futbolçunu transfer etmək istəyirdi. “Levski” rəhbərliyi də Rabehdən canını qurtarmaq istəyirdi. Beləliklə, Yusif Rabeh “Anji” ilə müqavilə imzaladı.

Hər şey elə bundan sonra başladı. Rabeh ilk günlərdəcə komandanın yerləşdiyi oteldə qonşusunun olduğu otaqdan 400 avro oğurlayaraq oradan uzaqlaşdı. Futbolçunun niyə belə etdiyi hər kəsə maraqlı idi. Sonradan məlum oldu ki, qonşusunda olan pulun onda olmaması ona pis təsir edib.

Bundan sonra Rabeh “Anji”də xoşbəxt olmadığını bəyan etmişdi və karyerasını bitirmək istəyirdi. Lakin mərakeşli futbolçu öz vətənində futbol oynamağa davam edirdi.  

 

Məmmədov İlkin

Son yazılar

To Top