big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

Qalmaqallı diskin izi ilə: Asim Xudiyev oyunu xatırlamadı, Xaqani Məmmədov isə…

30.04.2015 , 05:20

Bir neçə gündür ki, futbol ictimaiyyətində Xaqani Məmmədov ətrafında yaranan qalmaqal səngimək bilmir. Bilməyənlər üçün qısaca qeyd edək ki, sportinfo.az saytında dərc olunan xəbərə görə sabiq FİFA referisi Anar Salmanovun əlinə 2001-ci ilə aid bir disk keçib. Həmin il Asim Xudiyev, Rufulla Kərimov, Ramiz Əsədov və Xaqani Məmmədovdan ibarət hakimlər briqadası UEFA kubokunun seçmə mərhələsi çərçivəsində «Osiek» (Xorvatiya) – «Dinaburq» (Latviya) matçını idarə edib. Xorvatiyada 4-cü hakim funksiyasını yerinə yetirən Məmmədov 72-ci dəqiqədə, «Dinaburq» sonuncu əvəzləməni edərkən «özünü buraxıb». O, öncə laynsman Ramiz Əsədova qışqırıb ki, Asim Xudiyevə latviyalıların «təklif»ini çatdırsın. Baş hakim köməkçisinin sözlərini yaxşı başa düşmədiyindən, bu dəfə Xaqaninin özü «qollarını çırmalayıb». O, əlindəki tablonu yuxarı qaldırıb, dəyişdirilən futbolçunun nömrəsini göstərərkən, «Asim, qonaqlar «niçya»ya 15 min verir» söyləyib. Məsələ ilə bağlı Anar Salmanovun açıqlamasını sizə təqdim etmişdik. Salmanov öz açıqlamasında bizdən eyni sualı həmin oyunun hakimlərinə də verməyimizi xahiş etmişdi. Biz də mövzunu elə bu yöndə davam etdiririk. 

Əvvəlcə həmin görüşdə baş hakim funksiyasını yerinə yetirən, hazırda isə hakim-inspektor kimi fəaliyyət göstərən Asim Xudiyevlə əlaqə saxladıq: “Həmin oyunu yaxşı xatırlamıram. O barədə heç nə yadımda qalmayıb. Belə mənə də deyiblər ki, o barədə xəbərlər dərc olunub, amma heç bir fikrim yoxdur. Çoxdandır heç Anar Salmanovu da görmürəm”. Asim bəyin bu sözlərini eşitdikdən sonra yaddaşını təzələmək üçün həmin məqalədən ona aid olan parçanı oxudum. Buna rəğmən Xudiyev “birinci dəfədir eşidirəm” deyib, dəstəyi asdı.

Qalmaqalın əsas iştirakçısı Xaqani Məmmədova bir neçə dəfə zəng etdikdən sonra özünü onun köməkçisi kimi təqdim edən şəxs komitə sədrinin hal-hazırda iclasda olduğunu, 2 saat sonra danışa biləcəyini söylədi. (Maraqlıdır ki, sportinfo.az saytına sızan məlumata görə, dünən Xaqani Məmmədov və Ramin Musayev arasında keçirilən görüşdə PFL rəhbəri Məmmədova: “Mən sənin arxandayam, heç nədən narahat olma. Bu hadisə 2011-də olub və keçib. İndi buna görə qoymaram ki, vəzifədən gedəsən” – deyib). 

Xaqani bəylə çətin də olsa, danışa bildik. Məmmədov əvvəlcə həmin xəbərlərdən məlumatsız olduğunu, onları oxumadığını bildirib. Həmin  xəbəri ona oxuya biləcəyimi bildirdikdə isə “Yox, lazım deyil. Sualınız varsa, verin, AFFA-nın mətbuat katibinə o mənə deyər. Mən açıqlama vermirəm” – dedi. Səbəbini soruşduqda isə “sözü bir dəfə deyərlər də” – söyləyib, əlaqəni kəsdi.

Ürfan Məmmədzadə

Son yazılar

To Top