“Hər xal bizim üçün vacibdir”
26.08.2022 , 20:58
![](https://korner.az/wp-content/uploads/2022/08/3897AA76-1FD0-45D5-944C-660B96C29BFD.png)
“Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 4-cü turunda səfərdə “Sumqayıt”la qolsuz bərabərə qaldıqları oyunu şərh edib.
Korner.az xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında deyib:
“Çətin oyun olacağını bilirdik. Biz də xal ehtiyatımızı artırmaq istəyirdik. Müsahibələrimdə də demişdim ki, oyun mübarizə oyunu olacaq. Futbolçularımdan razıyam. Rəqibin sonlara yaxın epizodu olsa da, bizim 2-3 real imkanımız oldu. Vuracağımız 1 qol oyunun axarını dəyişə bilərdi. Yeni komandayıq. Hər xal bizim üçün vacibdir. Səfərdən 1 xalla dönmək yaxşı nəticədir”.
![](https://korner.az/wp-content/uploads/2018/06/korner-logo.png)