İngəltərənin "Arsenal" klubunun futbolçusu Cek Uilşir zədələnib.
Korner.az-ın klubun saytına istinadən verdiyi məlumata görə, ingilis futbolçu dünən baş tutan İngiltərə – Danimarka (1:0) qarşılaşmasında zədələnib.
İngiltərə yığması ilə yanaşı, "Arsenal" klubunun da şərəfini qoruyan Uilşir bu gün tibbi müayinədən keçəndən sonra 6 həftə yaşıl meydanlardan uzaq qalacağı dəqiqləşib.
