big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

Yığmanın qapıçısı “Qəbələ”yə keçir

06.08.2015 , 08:11

“Qəbələ”nin əvəzedicilərdən ibarət komandası növbəti mövsümə hazırlığı davam etdirir. Yeni baş məşqçi Ramin Quliyevin rəhbərliyi ilə iyulun 1-dən etibarən Qəbələdə təlim-məşq toplanışı keçən “qırmızı-qaralar” yoxlama matçlarında da qüvvələrini sınayırlar.

Korner.az-ın məlumatına görə, geridə qalan müddətdə gənc futbolçularımız 4 yoldaşlıq görüşünün 4-də də qalib gəliblər. İlk oyununu iyulun 16-da Bakıda Azərbaycanın 19 yaşlılardan ibarət yığmasına qarşı keçirən komandamız 2:1 hesablı qələbə qazanıb. “Qəbələ”nin heyətində Əli Əlizadə və Baxşəli Baxşəliyev fərqlənib. İyulun 18-də “Kəpəz”in əvəzedici komandası ilə matçda 2:0 hesabı ilə qalib gəlmişik (qolları Ülvi İbazadə və Baxşəli Baxşəliyev vurub). Quliyevin yetirmələri sayca 3-cü qələbəni ötən mövsüm əvəzedicilər arasında Azərbaycan çempionu “İnter” üzərində qazanıblar. 2:1 hesablı zəfərə Şamil Camaləddinov və Ehtiram Şahverdiyev öz qolları ilə töhfə veriblər. Son yoxlama matçı isə iyulun 31-də Premyer Liqada mübarizə aparacaq “Rəvan”la baş tutub. İstedadlı futbolçularımız Bakı təmsilçisini böyük hesabla üstələyiblər. Xüsusilə birinci hissədə “Rəvan” sözün həqiqi mənasında topa tutulub. Sahil Mirzəyev, Roman Hüseynov, Emin Zamanov, Elvin Camalov və Ehtiram Şahverdiyevin qolları ilə “Qəbələ” fasiləyə 5:0 hesabı ilə yollanıb. İkinci hissədə isə Quliyev heyətdəki bütün futbolçuları dəyişdiyindən, “Rəvan” nisbətən fəallaşıb. Yekunda hesab 6:3 olub.

Əvəzedicilərdə heyətlə bağlı yeniliklər var. Komandanın meneceri Nahid Ramazanovun qəzetimizə verdiyi məlumata görə, düşərgəyə həm digər klublardan, həm də “Qəbələ” Futbol Akademiyasından futbolçular cəlb olunub: “Simurq”un yarımmüdafiəçisi Yusif Dilanovun transferi başa çatıb. Yoxlama matçlarında fəallığı ilə seçilən, qol vuran Ülvi İbazadənin də “İnter”dən komandamıza keçidi demək olar, həllini tapıb. Onların hər ikisi 1996-cı il təvvəllüdlüdür. Bundan başqa, Azərbaycanın U-17 yığmasının qapıçısı Murad Popovun da xidmətində maraqlıyıq. O, əslən ukraynalı olsa da, Azərbaycan pasportuna malikdir. 16 yaşlı futbolçu ilə danışıqlar müsbət sonluqla yekunlaşmaq üzrədir”. “Qəbələ” Futbol Akademiyasından isə Əziz Quliyev, Əli Əlizadə, Süleyman Süleymanov (U-19), Rövlan Muradov, Hacıağa Hacıyev, Baxşəli Baxşəliyev və Amin Seydiyev (U-17) təlim-məşq toplanışında iştirak edirlər.

Xatırladaq ki, 2014/15 mövsümü bitdikdən sonra ispaniyalı baş məşqçi Luis Antonio Araqonla birgə bir neçə futbolçu da komandadan ayrılıb. Cavid Əsgərov, İbrahim Aslanlı, Elton Xudadatov, Müşfiq Teymurovla əməkdaşlığa son qoyulduğu halda, Elnur Mustafazadə və Tellur Mütəllimov icarəyə verilib.

Qəbələ İK qəzeti

Son yazılar

To Top