Rahil Polşa klubundan ayrıldı
04.07.2024 , 10:49

Azərbaycan millisinin üzvü Rahil Məmmədov Polşanın LKS klubundan ayrılıb.
Korner.az xəbər verir ki, bu barədə Lodz təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Yayılan xəbərdə, müdafiəçi ilə müqavilənin qarşılıqlı razılıq əsasında ləğv edildiyi diqqətə çatdırılıb.
Məmmədov 2024-cü ilin yanvarından LKS-də çıxış edirdi.
