Avrokuboklar

Qurban Qurbanov: “Növbəti oyunumuz daha çətin olacaq”

18.07.2018 , 23:28

Çempionlar Liqası I təsnifat mərhələsində “Qarabağ” “Olimpiya” ilə qarşılaşıb. Oyun 0:0 hesablı bərabərliklə yekunlaşıb. Matçdan sonra “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında jurnalistlərin suallarını cavabandırıb. Təcrübəli mütəxəssis ilk olaraq matç haqda danışıb:

“Futbolçularımı təbrik edirəm. Belə isti havada layqli mübarizə apardılar. Futbol zamanla həm taktiki, həm də fiziki cəhətdən daha çox mübarizəyə tələb yaradır. Çox yaxşı komandaya qarşı oynadıq. Komanda istədiyi nəticəyə nail olmaq üçün sona qədər düşünürdü. Qalib gəlmək istəyirdilər. Azarkeşlərə təşəkkür edirəm. Sevinirik ki, mərhələni adladıq. Bundan sonraki oyun da bizim üçün çətin olacaq. Hər il rəqiblırimiz bizimlə oyuna daha ciddi hazırlaşır. Hazır olamalıyıq. Rəqib məşqçi ilə söhbətimiz oldu. Hiss olunurdu ki, düşüncəli məşqçidi. Ona uğurlar arzu edirəm. Özünə məxsus oyun tərzi yarada bilib”

– Dani Kintananın zədəsi ciddidirmi?
– Ziddi ola bilər. Daha dəqiq müayinədən sonra, sabah bilinəcək.

– “Kukesi”nin oyununa baxmısınızmı?
– Oyunlarına baxmamışıq. Sabah baxmağı düşünürük. Ancaq biz öz tərəfimizdən diqqətli yanaşmalıyıq, daha məsuliyyətli olmalıyıq.

– His olunurdu ki, “Qarabağ”da hücum mövqeyində problemlər var…
– Yorulduq. Bu da xeyrimizədir. Onlar matçların ciddiliyini, məsuliyyətini daha yaxşı anlayır. Belə oyunlardan oyunçularımızı daha yaxşı tanıyırıq. Hücuma gəlincə, oyun təkcə hücumla qurulmur. Bir neçə şansımız oldu, yararlana bilmədik. Hücumçu axtarışındayıq, transfer etməyi düşünürük. Danışıqlar gedir və inanıram ki, yaxın zamanda istədiyimiz oyunçunu tapa bilərik.

– Bu matçda fərqli üslubda çıxmışdınız. Sanki pressinqə daha çox diqqət yetirirdiniz…
– Bu sualına görə sənə bir “5”! (gülür). Düzgün analiz etmisiniz. Çünki rəqib bizdən onu tələb edirdi. Bu matç üçün elə hazırlaşmışdıq. Fikir verirdizə, komanda daha çox hücumameyilli oyun göstərirdi. Biz hər bir rəqibə qarşı fərqli oyun üslubunda çıxırıq. Çünki müasir futbol bunu tələb edir. Hər hansı komandaya qalib gəlmək üçün birinci onun istəklərinə mane olmaq lazımdı.

Son yazılar

Yuxarı