“Real” 17 yaşlı futbolçu transfer edir?
07.05.2024 , 11:00
Argentinanın “River Pleyt” klubunun gənc futbolçusu Franko Mastantuono karyerasını Avropada davam etdira bilər.
Korner.az-ın məlumatına görə, 17 yaşlı futbolçu Avropanın bir çox nəhəng klublarının maraq dairəsindədi.
Lakin futbolçu bugünlərdə verdiyi açıqlamada “Real”da oynamaq istəyini gizlətməyib.
Madrid klubunun skautinq qrupu gənc ulduzu yaxından izləyir.