Qurbanlıdan kubok matçında qol
07.05.2024 , 11:32

Azərbaycan millisinin futbolçusu Musa Qurbanlı İsveçin “Yurqorden” klubunun U-21 komandasında qol vurub.
Korner.az xəbər verir ki, hücumçu “Deqerfors”a qarşı Elit Liqa Kuboku matçında fərqlənib.
Qurbanlı komandasının 4:2 hesablı qələbə qazandığı matçda hesabı açıb.
